Azərbaycana işləməyə gələn xaricilərin sayı açıqlanıb

Azərbaycana işləməyə gələn xaricilərin sayı açıqlanıb
  15 İyul 2025    Oxunub:1430
Cari ilin 6 ayı ərzində Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətilə məşğul olmaq üçün iş icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 92 ölkə vətəndaşı müraciət edib.
Dövlət Miqraqsiya Xidmətindən (DMX) AzVision.az -a verilən məlumata görə, 2025-ci ilin yanvar-iyun ayları ərzində DMX-nə işlə bağlı 5950 müraciət daxil olub.

Bildirilib ki, müvafiq dövr ərzində ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi alan əcnəbilər arasında Türkiyə vətəndaşları üstünlük təşkil edirlər.

AzVision.az


Teqlər: DMX  



Xəbər lenti