Bakıda evdən pul oğurlayanlar yaxalanıblar

Bakıda evdən pul oğurlayanlar yaxalanıblar
  15 İyul 2025    Oxunub:943
Paytaxtın Nizami və Sabunçu rayonlarında evlərdən oğurluq hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, paytaxtın Nizami rayonunda oğurluq edilib. Rayonun Q.Qarayev prospektində yerləşən evdən 30 min dollar və 12 min manat oğurlanması barədə zərərçəkən şəxs polisə müraciət edib. Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

Analoji hadisə Sabunçu rayonunda da baş verib. Evlərin birindən 25 min manat pul və 20 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə daxil olmuş müraciət əsasında keçirilən tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş 56 yaşlı İ.Çurin müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti