İncəsənət məktəblərinə qəbul imtahanlarının nəticəsi açıqlanıb

İncəsənət məktəblərinə qəbul imtahanlarının nəticəsi açıqlanıb
  15 İyul 2025    Oxunub:1351
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə 2025/2026-cı tədris ili üzrə I və VIII siniflərə qəbul imtahanlarının nəticələri elan olunub.
AzVision.az xəbər verir ki, namizədlər nəticələrlə exam.culture.az portalı vasitəsilə tanış ola bilərlər.

İmtahan nəticəsindən narazı olan namizədlər 16-18 iyul tarixlərində "MyCulture" vahid şəxsi kabineti vasitəsilə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərə 10 iş günü ərzində baxılacaq. Məktəb və ixtisas seçimi apellyasiya prosesi yekunlaşdıqdan sonra "MyCulture" şəxsi kabineti üzərindən aparılacaq.

AzVision.az


Teqlər: imtahan   nəticə  



Xəbər lenti