Abramyan: “Paşinyan təcili katolikos axtarır”

      Abramyan:    “Paşinyan təcili katolikos axtarır”
  15 İyul 2025    Oxunub:972
Erməni Apostol kilsəsi (EAK) ilə münaqişə səbəbindən yeni katolikos axtaran Ermənistanın baş naziri Nikol Paşinyan potensial namizədlərlə danışıqlar aparır.
AzVision.az xəbər verir ki, Rusiya erməniləri ittifaqının sədri Ara Abramyan belə açıqlama səsləndirib.

“Mən bilirəm ki, o, indiki II Qareginin yerinə katolikos ola biləcək caq insanlar arasında danışıqlar aparır. O, ora gedir və həmin adamaları dilə tutur ki, kilsə rəhbərliyinin əleyhinə danışsınlar və onlar üçün hər şeyi edəcəkləri vədini verir”, - Abramyan iddia edib.

Rusiya ermənilərinin lider, bununla yanaşı, əmin edir ki, Paşinyan heç nəyə nail ola bilməyəcək, çünki kilsə güclüdür.

- Paşinyan katolikosun ünvanına hansısa ittihamlar səsləndirir. Bu onun işi deyil. Katolikos kimdir? O, seçilmiş şəxsdir. Katolikos haqqında deyəcəyin nəsə varmı? “Mən dedim - və onlar özləri qərar verəcəklər. Mən şəxsən rəhbərlik edəcəyəm”. Bu, bütün ermənilər arasında anlaşılmazlığa səbəb olur”, - EAK-ın tərəfdarı söyləyib.

Erməni kilsəsi ilə Paşinyan özü məşğul olacaq | VİDEO
Ara Abramyanın sözlərinə görə, Paşinyanın hərəkətləri kilsənin seçkilər zamanı ona qarşı seçiciləri birləşdirəcəyi qorxusundan irəli gəlir. Paşinyan qorxur ki, erməniləri birləşdirən kilsə adamları ona səs verməməyə çağracaq.

Xatırladaq ki, mayın sonundan bəri II Qareginə və EAK arxiyepiskoplarına qarşı sərt bəyanatlar səsləndirən Paşinyan, katolikosların subaylıq andının pozulması ilə bağlı xəbərlərə görə taxtdan getməsini tələb edir. Ötən gün baş nazir bütün ermənilərin katolikosuna növbədənkənar seçkilərin keçirilməsinin zəruri olduğunu bəyan edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Paşinyan   katolikos  



Xəbər lenti