“Müzakirələrdə birliyin uzunmüddətli fəaliyyətində ardıcıllığın qorunması və strateji hədəflərin davamlı icrasının təmin olunması xüsusi əhəmiyyət kəsb edib. İndiyə qədər həyata keçirilən əvvəlki dövrün uğurlu nəticələri yeni mərhələdə də “İMZA”nın cəmiyyətə xidmət missiyasının daha da möhkəmləndiriləcəyinə inam yaradır.
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi olaraq hörmətli Əsgərov Xəyyamı bu mühüm təyinat – sədr vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq”, - deyə məlumatda vurğulanıb.
Bundan başqa Türkiyə Respublikasının Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri Hörmətli Hulusi Kılıç “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəliyinin rəhbəri vəzifəsinə yenidən seçilib:
“Hörmətli Hulusi Kılıçı bu mühüm təyinat münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq”.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


