Roma da Trampın planını sabotaj edir | VİDEO

   Roma da Trampın planını sabotaj edir    | VİDEO
  16 İyul 2025    Oxunub:830
Maliyyə imkanlarının olmaması səbəbindən İtaliya Ukrayna üçün Amerika silahlarının alınması təşəbbüsünə qoşulmayacaq.
AzVision.az xəbər verir ki, hökumət dairələrindəki mənbələrə istinad edən İtaliyanın “La Stampa” qəzetinin yazdığına görə, rəsmi Roma Almaniya kansleri Fridrix Mertsdən nümunə götürmək fikrində deyil.

Qeyd edək ki, Almaniya hökumətinin başçısı bu yaxınlarda Kiyevə təhvil vermək üçün ABŞ-dən Patriot hava hücumundan müdafiə (HHM) sistemləri almaq niyyətində olduğunu açıqlayıb.

“İtaliya belə bir strategiya həyata keçirməyəcək. Səbəb təkcə Ukraynaya əvvəllər tədarük edilən silahların fərqli texnoloji platformaya (xüsusən də İtaliya-Fransa istehsalı olan “Samp-T” sistemləri) əsaslanması deyil. Bu, həm də Almaniyadan fərqli olaraq İtaliyanın belə bir əməliyyatda iştirakı üçün faktiki heç bir büdcəyə malik olmamasından irəli gəlir”, - məlumatda vurğulanır.

Paris Trampın planını rədd edib | VİDEO
Mənbələr bildiriblər ki, İtaliya tərəfinin Amerika silahlarının yeganə planlaşdırılan alışı F-35 qırıcılarına aiddir, onların çatdırılması isə növbəti onillikdə nəzərdə tutulub.

Xatırladaq ki, bundan əvvəl “Politico Europe” nəşri öz müdafiə istehsalının inkişafına üstünlük verən Frnasanın da ABŞ prezidentinin təşəbbüsünə qoşulmağı planlaşdırmadığını yazıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   İtaliya   imtina  



Xəbər lenti