Azərbaycanda 3 faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Azərbaycanda 3 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
  16 İyul 2025    Oxunub:592
AzVision.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, hərracların Təşkili Mərkəzi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac avqustun 7-də keçiriləcək.

Hərracda Oğuz rayonu “Muxas-Daşağılçay” (16 ha), Balakən rayonu “Katexçay” (1.5 ha) qum-çınqıl və Oğuz rayonu “Nic” (3.5 ha) gil yataqları investorlara təklif olunacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti