Şüvəlanda dənizdə batan uşağın meyiti tapılıb

Şüvəlanda dənizdə batan uşağın meyiti tapılıb
  18 İyul 2025    Oxunub:1231
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin (uşaq) axtarışları başa çatıb.
AzVision.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:



Xəbər lenti