Bakı: Suriyanın ərazi bütövlüyünə dəstəyimizi bir daha ifadə edirik

      Bakı:    Suriyanın ərazi bütövlüyünə dəstəyimizi bir daha ifadə edirik
  18 İyul 2025    Oxunub:591
Azərbaycan Suriyada baş verən prosesləri yaxından izləyir.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İsrail-Suriya qarşıdurmasına münasibət bildirərkən deyib.

"Suriyanın ərazi bütövlüyü və suverenliyinə, bölünməzliyinə və siyasi birliyinə dəstəyimizi bir daha ifadə edirik. Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir", - XİN rəsmisi əlavə edib.

AzVision.az



Teqlər:



Xəbər lenti