Düşərgə çəçivəsində “GİLTEX” MMC və Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası tərəfindən hədiyyələr təqdim olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov ilə görüş çərçivəsində “Fazzi:Oyanış” kitabı ilə bağlı aktiv müzakirələr aparılıb.
“İnnoBala” Yaradıcı İnkişaf Mərkəzi tərəfindən eko-çanta ustad dərsi və təbiət elminə aid təcrübələr də təşkil edilib. ASAN Radio və TV-nin təşkilati dəstəyi ilə baş tutan konsert proqramında gənc estrada ulduzları Ayaz Babayev və Hiss müxtəlif ifalarını səsləndirərək uşaqlarla xoş vaxt keçiriblər.
Düşərgə iştirakçısı Nurlan Həmidlinin doğum günü qeyd olunub. Həftənin yekunu ilə bağlı təşkil olunan mərasimdə də uşaqlara hədiyyələr verilib .
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


