Üç gün güclü külək əsəcək

 Üç gün güclü külək əsəcək
  19 İyul 2025    Oxunub:1141
İyulun 20-22-də bəzi bölgələrdə güclü külək əsəcək.
AzVision.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.

Qeyd olunub ki, Naxçıvan MR, Kəlbəcər, Zəngilan, Beyləqan, Füzuli, İmişli, Ağstafa, Qazax, Gəncə, Tovuz, Göygöl, Şəmkir, Samux, Daşkəsən, Gədəbəy, Cəbrayıl, Tərtər, Bərdə, Goranboy, Naftalan, Yevlax, Mingəçevir, Göyçay, Ucar, Ağdaş, Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Zərdab, Sabirabad, Hacıqabul, Salyan, Saatlı, Neftçala, Cəlilabad, Biləsuvar, Lerik, Yardımlı, Qobustan, Xızı, Quba, Xaçmaz, Şabran, Siyəzən, Qusarda fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

AzVision.az


Teqlər:



Xəbər lenti