Azərbaycan lideri: Trampa minnətdarıq

      Azərbaycan lideri:    Trampa minnətdarıq
  19 İyul 2025    Oxunub:1373
Azərbaycan və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ABŞ Prezidenti Donald Trampa çox minnətdarıq.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşündə bildirib.

Dövlət başçısı qeyd edib: “Onun (ABŞ Prezidenti - red.) beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də özünün diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir çox səbəbdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”na gəldikdə, onu dibinə qədər qurutsun”.

AzVision.az



Teqlər:



Xəbər lenti