Gədəbəydə sakinlərə hüquqi yardım göstərilib
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Səfərova, Gədəbəy Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Nicat Məmmədov, Komitə yanında İctimai Şuranın sədri Firuzə Rəsulova, sədr müavini Venera Əsgərova, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmərxanım Cavadlı, Vəkillər Kollegiyasının İdarə Heyətinin üzvü, “Qadın Vəkillər Alyansı”nın sədri Dilarə Əfrasiyabova və başqaları çıxış edərək, “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan bu görüşün cəmiyyətin hüquqi maarifləndirilməsi, mövcud problemlərin müəyyənləşdirilərək yerindəcə həlli baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.
Görüşdə paralel olaraq, qadın vəkillərin iştirakı ilə ailələrin mövcud problemləri dinlənilib, onlara hüquqi məsləhətlər verilib, müraciətləri qeydə alınaraq həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


