Azərbaycan Moskvadakı tədbirdə niyə iştirak etməyib - Hacıyev açıqladı

  Azərbaycan Moskvadakı tədbirdə niyə iştirak etməyib -  Hacıyev açıqladı
  20 İyul 2025    Oxunub:1399
" Azərbaycanın nümayəndə heyətinin iyulun 18-də Moskvada keçirilən MDB İqtisadi Şurasının iclasında iştirak etməməsinin müxtəlif səbəbləri ola bilər".
Bunu Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumu çərçivəsində jurnalistlərlə söhbətində deyib.

"Orada iştirak etməsi nəzərdə tutulan şəxslərin gündəliyindəki dəyişiklik, həmçinin başqa faktorların bu məsələyə təsiri istisna edilmir",- H.Hacıyev bildirib.

Səfərin baş tutumamasının 2024-cü ilin dekabr ayında AZAL təyyarəsinin vurulması ilə əlaqəli olub-olmamasına gəldikdə isə, H.Hacıyev vurğulayıb ki, Azərbaycan bu məsələləri bir-birinə qarışdırmır:

"Tədbir MDB çərçivəsində keçirilib. Rusiya ilə Azərbaycan arasındakı məsələlərin isə buna aidiyyəti yoxdur".

AzVision.az



Teqlər:



Xəbər lenti