Rayonun əsas strateji infrastruktur obyektlərindən biri olan bu nəqliyyat qovşağının təməli 2022-ci il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Kompleks Ağdamın bərpası və müasir şəhər kimi inkişafında mühüm rol oynayır.
Gündəlik 800-dən 1000-ə qədər sərnişinin qəbul edilməsinə hesablanmış dəmir yolu stansiyası 10 may 2025-ci ildə açılıb. Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 km, yan yollarla birlikdə uzunluğu isə 57,857 km təşkil edir.
Xatırladaq ki, iyulun 19-da “Rəqəmsal keçidlər: Süni intellekt əsrində informasiya və media dayanıqlığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu açılıb. Forum iyulun 21-dək davam edəcək.







Vaxtında, Aydın, Lazımlı!


