Sumqayıtda yanan binadan 22 nəfər təxliyə edilib

Sumqayıtda yanan binadan 22 nəfər təxliyə edilib
  21 İyul 2025    Oxunub:1188
Sumqayıtın 6-cı mikrorayon ərazisində yaşayış binasında yanğın baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin yayadığı məlumata istinadən xəbər verir dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 7-si uşaq olmaqla 22 nəfər bina sakini təxliyə edilib.
Yanğın nəticəsində ümumi sahəsi 80kv.m. olan ikiotaqlı mənzilin yanar kostruksiyaları 40 kv.m. sahədə yanıb.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

AzVision.az


Teqlər: Sumqayıt   yanğın   FHN  



Xəbər lenti