Həftəsonu 74 cinayətin üstü açılıb

Həftəsonu 74 cinayətin üstü açılıb
  21 İyul 2025    Oxunub:965
İyulun 19-da və 20-də polis əməkdaşları ölkə ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılmasını təmin ediblər.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 44, o cümlədən borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.

Həmçinin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 11 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 10 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.

AzVision.az


Teqlər: DİN   əməliyyat  



Xəbər lenti