Əqli mülkiyyətin qeyri-maddi aktivlərinə investisiyalar artıb

Əqli mülkiyyətin qeyri-maddi aktivlərinə investisiyalar artıb
  21 İyul 2025    Oxunub:993
Son 15 ildə əqli mülkiyyətin əsasını təşkil edən qeyri-maddi aktivlərə investisiyalar maddi aktivlərlə müqayisədə 3 dəfə artıq böyüyüb. Nəticədə 2024-cü il üçün 7 trilyon ABŞ dollarına çatıb.
AzVision.az xəbər verir ki, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə keçirilən tədbirdə belə deyib.

Onun sözlərinə görə, dünya üzrə verilən patentlərin üçdə bir hissəsi rəqəmli texnologiyalara aiddir və generativ süni intellektə əsaslanan patentlər güclü artım nümayiş etdirir. Nəticədə innovasiyalar inkişaf edirlər, dəyişirlər və sənaye innovasiyalarla birləşirlər. Üstəlik aparat və proqram təminatı arasındakı fərq, sərhəd silinir.

“Bununla belə, kitablara və müəlliflik hüququna olan hörmət azalmır. Belə ki, dərc olunan və milli depozitariyalarda deponə olunan kitabların dünya miqyasında sayı 2,5 milyona yaxındır. 2021-ci ildə 2,41 milyon ədəd kitabdan Avropanın payı 53,5 faiz, Asiya 35 faiz, Şimali Amerika 8,8 faiz, Latın Amerika, Karib hövzəsi və Okeaniya – 2,7 faiz olub. Ən çox kitabların sayı Çin, Almaniya, ABŞ, Britaniya, Yaponiya və Koreya ölkələrindədir”, - Agentliyin rəhbəri vurğulayıb.

AzVision.az


Teqlər: ƏMA   investisiyalar  



Xəbər lenti