“Qərbi Azərbaycan İrsi” layihəsinin icrasına başlanılıb
Layihə rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, dağıdılmış və yer üzündən silinmiş tarixi abidələrə dair məlumatlar layihə çərçivəsində toplanacaq, onların vizual və tarixi izləri rəqəmsal formatda təqdim olunacaq. Məqsəd bu irsi tanıtmaqla yanaşı, onun hüquqi və ictimai müdafiəsinə də töhfə verməkdir.
Ötən il yaradılan “qerbiazerbaycanirsi.az” (www.westernazheritage.com) platforması layihə çərçivəsində daha da təkmilləşdiriləcək. Əlavə olaraq, Qərbi Azərbaycana aid 250-dən çox abidəyə dair məlumatlar, foto və videomateriallar toplanaraq elektron bazaya yerləşdiriləcək.
Həmçinin bu platformaya Qərbi Azərbaycan irsinə dair nəşrlər və filmlər də daxil ediləcək.
Dörd ay icra olunacaq layihə çərçivəsində, həmçinin Qərbi Azərbaycan irsi ilə bağlı üç maarifləndirici videoçarx hazırlanacaq.
AzVision.az
Teqlər: QərbiAzərbaycan İrs







Vaxtında, Aydın, Lazımlı!


