“Bakı KOB evi”ndə sahibkarlara 144 minədək xidmət göstərilib

“Bakı KOB evi”ndə sahibkarlara 144 minədək xidmət göstərilib
  21 İyul 2025    Oxunub:1193
Cari ilin birinci yarısında “Bakı KOB evi”ndə sahibkarlara daha çox Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (124192), Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (13144), İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (3 222), Dövlət Gömrük Komitəsi (2428) və Fövqəladə Hallar Nazirliyi (755) tərəfindən dövlət-biznes (G2B) xidmətləri göstərilib.
AzVision.az Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına istinadən xəbər verir ki, ümumilikdə hesabat dövründə sözügedən beş qurum tərəfindən sahibkarlara 144 minədək xidmət təqdim olunub.

Sahibkarlar tərəfindən adıçəkilən qurumlara yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları, mənşə sertifikatı, vergi və gömrük məsələləri, müxtəlif icazə sənədlərinin verilməsi ilə bağlı müraciətlər olunub.

Qeyd olunub ki, bu ilin I yarısında “Bakı KOB evi”ndə sahibkarlıq subyektlərinə 168 min 472 xidmət göstərilib ki, onlardan 145 min 501-i G2B, 22 min 971-i isə B2B xidmətlərdir.

Hazırda Bakı, Xaçmaz və Yevlax şəhərlərində olmaqla üç KOB evi fəaliyyət göstərir. KOB evlərində sahibkarlara 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox G2B və B2B xidmətlər göstərilir.

AzVision.az


Teqlər: KOBİA   xidmət  



Xəbər lenti