“Qadın Dəstək Xətti” bu il 1300-dən çox müraciət qəbul edib
QDX-nin psixoloq, hüquqşünas və sosial işçilərdən ibarət peşəkar komandası müraciətçilərlə görüşərək ehtiyaclarına uyğun yardım tədbirləri həyata keçirib. Zəruri hallarda qadınlar hüquqi məsləhət və tibbi xidmətlərlə təmin olunmaq üçün aidiyyəti qurumlara, reabilitasiya mərkəzlərinə və sığınacaqlara yönləndirilib.
2022-ci ildə “Azercell”in təşəbbüsü ilə yaradılan Qadın Dəstək Xətti zorakılıqla mübarizədə effektiv psixososial yardım göstərməyi, qadınların reabilitasiyası və cəmiyyətə reinteqrasiyasını təmin etməyi hədəfləyir. Bu məqsədlə xidmət icma əsaslı hüquq klinikaları, dövlət strukturları və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir.
Qadınların rifahının yaxşılaşdırılması və təhlükəsiz mühitdə yaşamaları üçün dayanıqlı dəstək platforması rolunu oynayan QDX 116111 qısa nömrəsi, feysbuk və instaqram sosial şəbəkələri vasitəsilə 24/7 rejimində yardım göstərməyə davam edir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


