İlon Mask “McDonald's” ilə rəqabətə girişib | VİDEO
Restoranda 80 ədəd dördüncü nəsil “Tesla Supercharger” doldurma stansiyası olacaq. Ziyarətçilər klassik burgerlər və hot-doqlar sifariş edə, həmçinin 540 düymlük ekranlarda filmlərə baxa bilərlər. Bundan əlavə, restoranda brend mallar və “Tesla Optimus” robotu nümayiş etdiriləcək.
Restoranlar təkcə “Tesla” maşınlarının sahibləri üçün yox, həm də piyadalar üçün açıqdır. Məlumata görə, açılış günü girişdə növbələr yaranıb ki, bu da yüksək marağın və mümkün turizm potensialından xəbər verir.
“Birinci mərtəbədə və binanın damındakı açıq havada yerləşən “Skypad” terrasında 250 yer var. İşçilər tərəfindən çatdırılan yeməklə avtomobilinizdə qəlyanaltı da edə bilərsiniz. Avtomobildə sifariş vermək üçün elektromobilin ekranında mövcud olan “Tesla Diner” proqramından istifadə etmək lazımdır”, - məlumatda bildirilir.
İlon Maskın dediyinə görə, restoran uğurlu olarsa, “Tesla” şirkəti dünyanın böyük şəhərlərində və “Supercharger” stansiyalarının yaxınlığındakı magistral yollarda oxşar müəssisələr açacaq.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Tesla McDonald's rəqabət







Vaxtında, Aydın, Lazımlı!


