Sumqayıtda fəhlə torpaq uçqunu altında qalaraq ölüb

Sumqayıtda fəhlə torpaq uçqunu altında qalaraq ölüb
  22 İyul 2025    Oxunub:995
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 10-cu mikrorayonda torpaq uçqununun baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar nazirliyin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, torpaq uçqunu baş verib və 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində uçqun altında köməksiz vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az



Teqlər:



Xəbər lenti