Mərkəzi Bank uçot dərəcəsini son bir ildə ilk dəfə endirib

   Mərkəzi Bank uçot dərəcəsini son bir ildə ilk dəfə endirib
  23 İyul 2025    Oxunub:435
Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb.
AzVision.az xəbər verir ki, AMB-nin İdarə Heyəti uçot dərəcəsini 7.00%-ə, faiz dəhlizinin aşağı həddini 6.00%-ə, faiz dəhlizinin yuxarı həddini isə 8.00%-ə endirib. Xatırladaq ki, Mərkəzi Bank 2024-cü ilin may ayından etibarən uçot faiz dərəcəsini sabit saxlayıb. Uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılmışdı.

AzVision.az



Teqlər:



Xəbər lenti