Ağdam və Ağdərədəki yanğın nəzarətə götürülüb

Ağdam və Ağdərədəki yanğın nəzarətə götürülüb
  23 İyul 2025    Oxunub:1059
Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində nəzarətə götürülüb.
Bu barədə AzVision.az -a FHN-dən məlumat verilib. Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti