Azərbaycan ərazisilə Orta Dəhliz ilə yük daşımaları 7% artıb

Azərbaycan ərazisilə Orta Dəhliz ilə yük daşımaları 7% artıb
  23 İyul 2025    Oxunub:807
Bu ilin birinci yarısında Orta Dəhliz vasitəsi ilə Azərbaycan ərazisi ilə 1 741 min ton tranzit yükləri daşınıb, bu da illik müqayisədə 7% artım deməkdir.
“AZCON Holdinq”dən AzVision.az -a verilən məlumata görə, hesabat dövründə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) tərəfindən quru yük gəmiləri ilə 666 min ton yük daşınıb, bu da illik müqayisədə 83% artıb.

Məlumata görə, ASCO-nun tanker gəmiləri ilə bu ilin birinci rübündə 2,2 mln ton yük daşınıb ki, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 12% artım deməkdir. Bununla yanaşı, hesabat dövründə ASCO üzrə Xəzərdən kənar 684 min ton yük daşınıb ki, bu da ğtən ilin yanvar-iyun ayları ilə müqayisədə 208% çoxdur.

Onu da qedy etmək lazımdır ki, hesabat dövründə Bakı Limanında 53 min TEU (20 futluq konteyner vahidi) konteyner daşınıb, bu da 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 71% çoxdur.

AzVision.az



Teqlər:



Xəbər lenti