Nəsimi rayonunda oğurluq edən üç nəfər saxlanılıb

Nəsimi rayonunda oğurluq edən üç nəfər saxlanılıb
  23 İyul 2025    Oxunub:391
Nəsimi rayonu ərazisində 2 nəfərə məxsus mobil telefon, içərisində ümumilikdə 2 720 manat və qızıl-zinət əşyaları olan çantalar oğurlanıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən 31 yaşlı H. Həmidli, əvvəllər məhkum olunmuşlar - 32 yaşlı H. Hüseynov və 50 yaşlı Ə. Qədimov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

AzVision.az



Teqlər:



Xəbər lenti