Bakıda iki avtobusun hərəkəti dəyişdirilir

 Bakıda iki avtobusun hərəkəti dəyişdirilir
  23 İyul 2025    Oxunub:842
İyulun 24-25-də 126 və 554 nömrəli müntəzəm marşrutların hərəkət sxemi üzrə yerləşən dəmir yolu keçidində (Puta-Abşeron mənzilinin tək yolu) aidiyyəti qurum tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AzVision.az -a bildirilib ki, məhdudiyyət səbəbindən 126 nömrəli marşrutun hərəkəti müvəqqəti olaraq Şonqar qəsəbəsi – Dəmir yolu keçidi və Dəmir yolu keçidi – “Sədərək” ticarət mərkəzi, 554 nömrəli marşrutun hərəkəti isə Güzdək qəsəbəsi – Dəmir yolu keçidi və Dəmir yolu keçidi – Lökbatan qəsəbəsi istiqamətləri üzrə təşkil olunacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti