Növbəti üç gündə bəzi ərazilərdə leysan yağacaq - XƏBƏRDARLIQ

   Növbəti üç gündə bəzi ərazilərdə leysan yağacaq -    XƏBƏRDARLIQ
  23 İyul 2025    Oxunub:783
İyulun 24-də gündüz əsasən Azərbaycanın şimal və qərb rayonlarında, 25-i gündüzdən 26-sı axşamadək isə ölkənin əksər yerlərində fasilələrlə yağış yağacağı gözlənilir.
AzVision.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Belə ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bəzi dağ çaylarında sululuğun bir qədər artacağı ehtimal olunur.

AzVision.az



Teqlər:



Xəbər lenti