Eyni zamanda, materialın müəllifləri vurğulayırlar ki, Putin üçün Ukraynada qarşıya qoyulan məqsədlərə çatmaq ABŞ ilə münasibətlərdəki çətinliklərdən daha vacibdir.
|
| Avropa Trampın mövqeyini dəyişəcəyindən qorxur | VİDEO |
“50 gün ərzində çox şey baş verə bilər və Putin bunu bilir. O, Trampın emosional və təsirə məruz qalacağını düşünür. Moskva Vaşinqtona yaxınlaşmağa davam edəcək. Onlar yaranmış boşluğu keçilməz hesab etmirlər”, - alman portalının mənbəsi vurğulayıb.
Xatırladaq ki, iyulun 14-də Ağ Evin rəhbəri 50 gün ərzində danışıqlar prosesində irəliləyiş əldə olunmayacağı təqdirdə Rusiya və onun ticarət tərəfdaşlarına 100%-lik ikinci dərəcəli tariflər tətbiq edəcəyi ilə hədələyib. Donald Tramp Vaşinqtonun Ukraynaya silah tədarükünü bərpa edəcəyini də açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


