Xalq artistinin son durumu açıqlanıb

   Xalq artistinin son durumu açıqlanıb
  24 İyul 2025    Oxunub:1038
23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə AzVision.az -a TƏBİB-dən bildirilib. Qeyd edilib ki, pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub:

"Hazırda müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik ağır olaraq qiymətləndirilir. Sağlamlıq durumuna uyğun olaraq paytaxtdakı tibb müəssisəsinə təxliyəsi planlaşdırılır".

AzVision.az





Teqlər:



Xəbər lenti