Azərbaycan sərhədini pozmağa cəhd edən İraq vətəndaşı saxlanılıb

Azərbaycan sərhədini pozmağa cəhd edən İraq vətəndaşı saxlanılıb
  24 İyul 2025    Oxunub:469
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Qeyd edilib ki, saxlanılan şəxs İraq vətəndaşı Savfan Məhəmməd Əsəddir.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

AzVision.az



Teqlər:



Xəbər lenti