Rusiyada 3 günlük matəm elan olundu
Vilayət qubernatoru Vasili Orlov bu barədə özünün Telegram kanalında məlumat verib. O, qeyd edib ki, matəm günlərində Amur vilayətinin bütün ərazilərində dövlət bayraqları endiriləcək:
"Qurbanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bütün region sizinlə birlikdə yas tutur".
Xatırladaq ki, Xabarovsk-Blaqoveşensk-Tynda marşrutu üzrə hərəkət edən An-24 təyyarəsi Tynda hava limanına eniş etməyə çalışarkən ikinci cəhd zamanı radarlardan itib. Sonradan qalıqları hava limanından 15 kilometr aralıda aşkar edilib.Təyyarədə 7-si uşaq olmaqla 48 nəfər olub. Uşaqlardan 3-ü 1-2 yaş arası qız, 4-ü isə 6-13 yaş arası oğlan idi. Qəza nəticəsində sağ qalan olmayıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


