TQDK-dan xəbərdarlıq: seçim başa çatır

TQDK-dan xəbərdarlıq: seçim başa çatır
  05 Avqust 2014    Oxunub:1821
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi bu gün başa çatır.
Tələbə Qəbulu üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, ixtisas seçimi bu gün saat 23.59-da başa çatır.

İxtisas seçimini yekunlaşdırmayan abituriyentlərdən xahiş olunur ki, göstərilən vaxta qədər bu işi başa çatdırsınlar. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

Avqustun 5-i saat 10.00-a olan məlumata görə 35 min 621 abituriyent qəbul olunmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edib və təsdiqləyib.


Teqlər:  





Xəbər lenti