Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb
  26 İyul 2025    Oxunub:1071
İyulun 25-də polis əməkdaşları ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılmasını təmin ediblər.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   saxlanmalar  



Xəbər lenti