Tovuzda əkin sahələrini yandıran şəxslər saxlanılıblar

Tovuzda əkin sahələrini yandıran şəxslər saxlanılıblar
  26 İyul 2025    Oxunub:386
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yanğın hadisələrinin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Polis şöbəsindən KİV-ə verilən məlumata görə, aparılan araşdırmalar zamanı rayonun Aşağı Quşçu və Bozalqanlı kəndlərində ümumilikdə 0.8 hektar biçilmiş əkin sahəsinin sakinlər tərəfindən qəsdən yandırıldığı müəyyən edilib.

Hadisənin törədilməsində şübhəli bilinən İ.Məmmədov və R.Hüseynov saxlanılıblar və barələrində qanunvericiliyə uyğun tədbirlər görülür.

AzVision.az



Teqlər:



Xəbər lenti