Azərbaycanın bəzi ərazilərində leysan yağıb

Azərbaycanın bəzi ərazilərində leysan yağıb
  27 İyul 2025    Oxunub:995
İyulun 27-si saat 9:00-a olan faktiki hava şəraiti aşıqlanıb.
AzVision.az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki, iyulun 27-si saat 9:00-a olan vəziyyətə əsasən bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 4, Qax, Zaqatala, İsmayıllı, Şamaxı, Quba, Xaltan və Şahdağda 1 mm-dir.

Şərq küləyi əsib. Küləyin maksimal sürəti arabir Naftalanda 20, Culfada 17 m/s-dək güclənib.
İyulun 26-da havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 36, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti qeydə alınıb.

AzVision.az


Teqlər: hava   faktiki  



Xəbər lenti