Suriyada parlament seçkiləri keçiriləcək

   Suriyada parlament seçkiləri keçiriləcək
  28 İyul 2025    Oxunub:796
Suriyada 53 illik Əsəd rejiminin keçən ilin dekabrında müxalif qüvvələr tərəfindən devrilməsinin ardınca ölkə parlamentində (Xalq Məclisi) mandat sayı 150-dən 210-a çatdırılacaq.
Bu barədə Suriya Xalq Məclisinə Seçkilər üzrə Ali Komitənin sədri Məhəmməd Taha Əl-Əhməd ölkənin dövlət xəbər agentliyinə (SANA) açıqlama verib. Onun sözlərinə görə, eyni zamanda, vilayətlərin parlamentdəki nümayəndəlik nisbəti də yenidən müəyyənləşdiriləcək.

"210 deputatdan 70-i birbaşa prezident tərəfindən təyinat alacaq", – sədr bildirib.

Onun sözlərinə görə, ölkədə parlament seçkilərinin 15-20 sentyabr aralığında keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, keçən il dekabrın 8-də Suriyada hazırkı prezident Əhməd Əş-Şərəənin rəhbərliyindəki müxalif qüvvələr sabiq dövlət başçısı Bəşər Əsədin 24 illik hakimiyyətinə son qoyub. Beləliklə, Əsəd ailəsinin ümumilikdə 53 illik diktaturası başa çatıb. Bu, Suriyada vətəndaş müharibəsinin gedişində ən mühüm hadisə sayılır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Suriya   parlament   seçkilər  



Xəbər lenti