ISW: “Ruslar Ukraynada irəliləyir”
“Rusiya qoşunları Primorskoyedən cəmi 7 km, Beselyankadan isə 11 km aralıdadır. Onların fikrincə, hazırkı irəliləyiş cəbhə xəttini gücləndirmək və arxadakı rayonları Ukrayna Silahlı qüvvələrinin mümkün hücumlarından qorumaq məqsədi daşıyır”, - ISW-nin analitikləri vurğulayırlar.
Dünənə olan məlumata əsasən, Qulyaypolye istiqamətində aktiv hərbi əməliyyatlar qeydə alınmayıb.
Ukraynanın “Deep State” hərbi-analitik layihəsi, öz növbəsində, Rusiya ordusunun Konstantinovkadan cənuba və Popov Yar kəndi ərazisində irəlilədiyini bildirib.
- Ruslar həmçinin Dnepropetrovsk vilayətinin sərhədi yaxınlığında, Zelenyi Qay-Poddubnoye xətti boyunca üç yerdə irəliləyiblər”, - məlumatda bildirilir.
Eyni zamanda, Jitomir və Xmelnitski vilayətləri istiqamətində üç “Kinjal” raketi buraxılıb, Xmelnitski vilayətində partlayış baş verib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Rusiya Ukrayna irəliləyiş







Vaxtında, Aydın, Lazımlı!


