
Bu mənada, qəhrəman valideynlərinizin rəşadəti təkcə qürur mənbəyi deyil, həm də sizin gələcəyiniz üçün tükənməz güc qaynağıdır. Siz hər zaman, hər yerdə onlar kimi cəsarətli, qorxmaz və məqsədyönlü davranmaqla böyük uğurlara nail olacaqsınız.”
-3507378848.jpg)
Artıq dördüncü dəfə təşkil edilən yay düşərgəsi bu dəfə Lənkəran rayonun füsunkar təbiətində keçirildi. XX günlük düşərgədə 75 nəfər şəhid övladı üçün öyrədici təlimlər, teatrlar, tanınmış şəxslər və qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar və əyləncə saatları təşkil edilib.

Düşərgənin dəstəkçisi olaraq, “Nar”dan bütün iştirakçılara dəyərli hədiyyələr təqdim edilib.
Mobil operator “Nar” da özünün KSM strategiyası çərçivəsində milli irsin qorunması istiqamətində həyata keçirilən layihələrə davamlı dəstək olur.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


