Həmçinin səfər müddətində Qazaxıstan və Özbəkistandan olan turizm şirkətlərinin nümayəndələri Bakının turistik məkanları ilə yanaşı, Şamaxı və Basqala səfər edərək turizm məhsulları, hotellər, mövcud turizm infrastrukturu və təqdim olunan xidmətlərlə, o cümlədən Xəzər sahilində çimərlik turizmi ilə tanış olublar.
2025-ci ilin I yarımilliyində qeyd olunan 2 ölkədən Azərbaycana 68 mindən çox xarici ziyarətçi səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15% artım deməkdir. Hazırda Qazaxıstanın 4, Özbəkistanın isə 2 şəhərindən olmaqla birbaşa uçuşlar həyata keçirilir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


