Bakıya 200 yeni avtobus gətiriləcək

Bakıya 200 yeni avtobus gətiriləcək
  28 İyul 2025    Oxunub:471
"2025-ci ilin avqust-sentyabr ayları ərzində Bakı şəhərində daşıyıcı şirkətlər tərəfindən 200 yeni və ekoloji təmiz avtobus sərnişinlərin istifadəsinə veriləcək".
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən məlumat verilib.

Qeyd olunub ki, AYNA tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir.

"Hazırda paytaxtda müntəzəm marşrut xətlərində 2 200-dən çox avtobus istifadə olunur. Yeni avtobusların gətirilməsi, ümumilikdə ictimai nəqliyyatda əlçatanlığın və xidmət keyfiyyətinin daha da artmasını təmin edəcək", - deyə AYNA-nın məlumatında bildirilir.

AzVision.az



Teqlər:



Xəbər lenti