Əmək müqavilələrinin 94%-i elektronlaşdırılıb

   Əmək müqavilələrinin 94%-i elektronlaşdırılıb
  29 İyul 2025    Oxunub:784
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) platformasında elektron qaydada artıq 1 milyon 745 minədək əmək müqaviləsi imzalanıb.
AzVision.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Qeyd edilib ki, bununla əmək müqavilələrinin artıq 94 %-i elektronlaşdırılıb.

İmzalanma prosesi işçi və işəgötürənlərin e-imzaları (“SİMA İmza”, “ASAN İmza” və Elektron imza (SİMA Token) vasitəsilə həyata keçirilir.

AzVision.az



Teqlər:



Xəbər lenti