Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancıb I Vəziyyəti ağırdır

   Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancıb    I Vəziyyəti ağırdır
  29 İyul 2025    Oxunub:913
Ötən gün ilan sancması səbəbi ilə 2018-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən AzVision.az -a bildirilib ki, dərhal zəruri tibbi xidmətlər göstərilən azyaşlıya ilan zəhəri əleyhinə zərdab tətbiq olunub: "Hazırda azyaşlının müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir".

Qeyd edək ki, hadisə Mərkəzi Nəbatat Bağında qeydə alınıb.

AzVision.az



Teqlər:



Xəbər lenti