Haaretz: "HƏMAS növbəti sui-qəsd dalğasından qorxur"
"Eyni zamanda, İsraillə dolayı atəşkəs danışıqlarının başlaya biləcəyi ilə əlaqədar vasitəçi ölkələrdən ziddiyyətli mesajlar alırlar. Bu onları tamamilə çaşqın vəziyyətə salıb", – qəzet yazır.
Ötən günlərdə İsrailin Baş naziri Benyamin Netanyahu yerli mətbuata açıqlamasında diqqətə çatdırmışdı ki, "HƏMAS-ın inadkarlığı atəşkəs razılaşmasına maneə yaradır". Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp da HƏMAS tərəfinin atəşkəs üzrə danışıqlar aparmaq istəmədiyini nəzərə alaraq, "mübarizənin daha fərqli formaya gətirilməsinin" vacibliyini vurğulayıb. Bu ifadələr fonunda görünür ki, HƏMAS-ın narahatlığı əbəs deyil.
Xatırladaq ki, HƏMAS-ın siyasi bürosunun sabiq lideri İsmayıl Haniyə keçən il iyulun 31-də İranın paytaxtı Tehran şəhərindəki iqamətgahında İsrail Ordusunun raket zərbəsi ilə öldürülmüşdü.
Firudin Həmidli
AzVision.az
Teqlər: HƏMAS İsrail müharibə sui-qəsd







Vaxtında, Aydın, Lazımlı!


