Ötən ay xaricdə təhsil almış 46 nəfərin diplomu tanınmayıb
Ölkələr üzrə Türkiyə Respublikasından 155, Rusiya Federasiyasından 152, Ukraynadan 144, Belarus Respublikasından 27, Birləşmiş Krallıqdan 27, Gürcüstandan 23, Polşa Respublikasından 9, Amerika Birləşmiş Ştatlarından 8, İtaliya Respublikasından 6, Almaniya Federativ Respublikasından 5, Çin Xalq Respublikası, İran İslam Respublikası, Macarıstan, Qazaxıstan və Qırğız respublikalarının hər birindən 4, İsveç Krallığı və Litva Respublikasından 3, Avstriya Respublikası, Belçika Krallığı, Əlcəzair Xalq Demokratik Respublikası, Fransa Respublikası, Norveç Krallığı, Səudiyyə Ərəbistan Krallığı, Yaponiya və Latviya respublikalarının hər birindən 2, həmçinin Estoniya, Hindistan, İndoneziya, İraq Respublikası, İsveçrə Konfederasiyası, Mozambik Respublikası, Niderland Krallığı, Nigeriya Federativ Respublikası, Portuqaliya Respublikası, Qambiya Respublikası, Rumıniya, Somali Federativ Respublikası, Şri-Lanka Demokratik Sosialist Respublikası, Sudan və Tacikistan respublikalarının hər birindən isə 1 müraciət qeydə alınıb.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 139, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 31, biznesin idarə edilməsi üzrə 28, menecment üzrə 26, tibb üzrə 26 müraciət qeydə alınıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


