Kanada da Fələstini tanıyacaq

   Kanada da Fələstini tanıyacaq
  31 İyul 2025    Oxunub:1057
"Rəsmi Ottava sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Fələstin Muxtariyyətini rəsmi dövlət kimi tanıyacaq".
Bu sözləri Kanadanın xarici işlər naziri Mark Karni ölkənin Nazirlər Kabinetinin məsələ üzrə iclasının ardınca mətbuat konfransında dilə gətirib.

"Bu addım Fələstin Muxtariyyətinin seçkilər, antikorrupsiya tədbirləri və silahsızlaşdırılmış dövlət kimi çox ehtiyac duyulan islahatlara qarşı sadiqliyinə əsaslanır", – nazir vurğulayıb.
London: "HƏMAS-ı yox, Fələstini tanıyacağıq"

Xatırladaq, Fransa və Britaniya da Fələstinin müstəqil dövlət statusunu tanıyacağını diqqətə çatdırıb. Britaniya mətbuatı Baş nazir Kir Starmerin Fələstin Muxtariyyətinin rəsmi dövlət kimi tanınmasını da nəzərdə tutan sülh planı üzərində işlədiyi barədə məlumat yayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Kanada   Fələstin   dövlət   qərar  



Xəbər lenti