Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
  31 İyul 2025    Oxunub:517
M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 15, 69, 97,7 və 117-ci kilometrlik hissələrində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, avqustun 1-dən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata əsasən, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq. Sürücülərdən sözügedən hissələrdə hərəkətdə olarkən yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

AzVision.az



Teqlər:



Xəbər lenti