Narkotik təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olunub

Narkotik təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olunub
  02 Avqust 2025    Oxunub:1080
Bakı Şəhər DYP İdarəsinin əməkdaşları yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Lada” markalı, 99-PD-057 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Fariz İsmayılovu saxlayıblar.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata isitnadən xəbər verir ki, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı F.İsmayılovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Fariz İsmayılovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 60 gün müddətinə inzibati qaydada həbs edilib.

AzVision.az



Teqlər: DYP   avtoxuliqanlıq   həbs  



Xəbər lenti