Kürdə 16 yaşlı yeniyetmə batdı

Kürdə 16 yaşlı yeniyetmə batdı
  02 Avqust 2025    Oxunub:417
Salyanda Kür çayında 16 yaşlı yeniyetmə boğulub.
AzVision.az xəbər verir ki, hadisə Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Salyan şəhər sakini 2008-ci il təvəllüdlü Məcidov Sahil Mübariz oğlu çayda çimərkən boğulub.

Onun meyiti FHN-in qurumu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:



Xəbər lenti